“Sabah”ın futbolçusu Aiden Makkarti azarkeşlərin və ailəsinin dəstəyinə görə minnətdarlığını ifadə edib.
“Bilirəm ki, sosial şəbəkələrdə böyük səs-küy var. Hər şeyi görürəm. Vətənimdəki bütün azarkeşlərə, mənə dəstək olan insanlara və ailəmə sevgimi çatdırmaq istəyirəm. Onların dəstəyini görürəm və buna görə çox minnətdaram.
Nəticə mənim üçün yaxşı olmadı. Əlbəttə, bu oyundan öyrənəcəyimiz çox şey var. Bu, karyeramda unuda bilməyəcəyim bir hadisədir.
Atmosferə gəlincə, hər şey yaxşı idi. Mən 100 min azarkeş tutumu olan stadionlarda da oynamışam. Buna görə də atmosfer mənə təsir etmir. Oyuna kökləndiyim zaman bütün diqqətimi yalnız meydana yönəldirəm”.
Qeyd edək ki, Aiden Makkarti “Sabah”ın heyətində Çempionlar Liqasında ilk qolunu vurub.
Təbriz Dünyamalızadə
Bu gönderiyi Instagram’da gör
























