image-rehypbackend

Umarali Raxmonaliyev: “Mənim üçün ən vacibi komandanın udmağı idi”

Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda doğma meydanda “Slaviya”nı (Praqa) 2:0 hesabı ilə məğlub edib.

İNFOAZ.MEDİA xəbər verir ki, qarşılaşmadan sonra “bayquşlar”ın futbolçusu Umarali Raxmonaliyev jurnalistlərə açıqlama verib.

O, bu görüşdə ən vacibi komandanın udmağı olduğunu bildirib:

“Mən nəticələrlə bağlı oyunlardan əvvəl danışmıram. Nəticə ancaq Allahdandır. Biz oyuna 100 faiz yox, 200 faiz hazır olacağıq. Hər bir metrdə biz canımız, ürəyimizlə oynayacağıq. Nəticə nə olar biz bilmirik. Bu gün oyunda bizə dəstək olmaq üçün özbək qardaşlar da var idi. Fikirləşirəm ki, irəli oyunlarda daha çox olacaqlar”, – deyə o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki