Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun növbəti oyunları keçiriləcək.
Gecənin əsas qarşılaşmalarından birində Türkiyə təmsilçisi “Fənərbağça” klubu İngiltərədə “Aston Villa” klubunun qonağı olacaq.
Azərbaycanda azarkeşlər “Aston Villa” – “Fənərbağça” oyununu Bakı vaxtı ilə saat 23:00-dan etibarən “CBC Sport” TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşmasında isə “Mançester Siti” İngiltərədə Fransanın PSJ klubu ilə qarşılaşacaq.
Azarkeşlər “Mançester Siti” – PSJ oyununu Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər.
UEFA Çempionlar Liqası
II tur
14 oktyabr
23:00, “Aston Villa” – “Fənərbağça” (“CBC Sport” TV);
23:00, “Mançester Siti” – PSJ (İctimai TV).




