image-sabah-yeni-26backend

“Sabah” – “Borussiya” matçına satılan biletlərin sayı AÇIQLANDI

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Sabah” – “Borussiya” (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.

Bu barədə Report-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb. Alman klubunun azarkeşləri isə indiyədək 1 715 bilet alıblar.

Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki