image-whatsapp-image-2026-02-05-at-17-30-03backend

6 yaşlı uşağa işgəncə verən şəxs “general-mayor”un oğlu imiş

Bakıda əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli saxlanılıb.

İNFOAZ.MEDİA-nın məlumata görə, buna onun azyaşlıya işgəncə verməsi səbəb olub.

Məlumata görə, Ayxan Ələkbərli Bakıda sevgilisi ilə birgə 6 yaşlı azyaşlıya işgəncə verməkdə təqsirləndirilir.

Faktla bağlı aparılan araşdırmalar nəticəsində o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. (News24.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki