Qırğızıstanda 65 yaşlı kişi ehtiyatsızlıq nəticəsində 18 metr dərinliyindəki quyuda sıxışıb qalıb.
İNFOAZ.MEDİA xəbər verir ki,65 yaşlı kişi evinə gələn suyun axınını yoxlamaq üçün həyətində yerləşən quyuya enib. Bu zaman istifadə etdiyi nərdivanın qırılması nəticəsində o, quyudan çıxa bilməyib.
Günlərlə kömək çağırsa da, səsini eşidən olmayıb. Su içərək düz 16 gün həyatda qalan kişi, həyətə oynamağa gələn uşaqların onun səsini eşitməsindən sonra axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib.
Bildirilib ki, yaşlı kişi uzun müddət ac qaldığı üçün xeyli halsız vəziyyətdə olub və xəstəxanaya aparılıb
EMİN
İNFOAZ.MEDİA
























