image-214144backend

İran rejimi məğlub edilməyib – Lapid

İsrail müxalifətinin lideri Yair Lapid Baş nazir Benyamin Netanyahu-nu sərt tənqid edib.

İNFOAZ.MEDİA xəbəbr verir ki, Lapid bildirib ki, əldə olunan nəticə ən pis ssenaridir və İran rejimi məğlub edilməyib, nüvə təhlükəsi aradan qaldırılmayıb. Onun sözlərinə görə, ballistik raketlər və “Hizbullah”ın raketləri hələ də İsrail üçün təhlükə yaradır.

O qeyd edib ki, İsrail müharibəyə geniş ictimai dəstəklə daxil olsa da, uzunmüddətli qarşıdurma və itkilərdən sonra Netanyahu-nun uğurlu nəticə əldə edə bilmədiyi aydın olub.

Lapid həmçinin baş naziri və onun komandasını vətəndaşları aldatmaqda və mövcud olmayan strateji planı təqdim etməkdə ittiham edib. O, ABŞ ilə İran arasında imzalanan razılaşmada İsrailin təsirinin olmadığını da vurğulayıb və bu barədə səsləndirilən iddiaları “boş yalan” adlandırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki