image-5963034613137476699backend

ABŞ əsgərlərindən şok açıqlama: Müdafiəsiz vəziyyətdə idik

Küveytdə İranın həyata keçirdiyi dron zərbəsindən sağ çıxan amerikalı hərbçilər Pentaqonun açıqlamalarını təkzib edərək, bölmələrinin hücuma hazır olmadığını və lazımi şəkildə qorunmadığını bildiriblər.

İNFOAZ.MEDİA xəbər verir ki, yaralanan əsgərlərdən biri rəsmi mövqeni rədd edərək deyib ki, “yalnız bir dronun keçdiyi” barədə təqdim olunan məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, yerləşdikləri mövqe möhkəmləndirilməmişdi və bölmə özünü müdafiə etmək imkanına malik deyildi.

Hərbçilər qeyd ediblər ki, onlar əvvəlcədən hədəf ola biləcək təhlükəli əraziyə yerləşdiriliblər. “Biz İran sərhədinə daha yaxın, açıq şəkildə riskli və hədəf kimi bilinən bir zonaya köçürüldük. Bunun üçün əsaslı səbəb izah olunmadı,” – deyə onlar vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki