ABŞ hökumətinin müraciətindən sonra peyk şirkəti Planet Labs İran münaqişəsi ilə bağlı görüntülərə çıxışı məhdudlaşdırmağa başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, şirkət “idarə olunan çıxış” rejiminə keçərək peyk təsvirlərini yalnız xüsusi hallarda və case-by-case qaydada təqdim edəcək. Yeni görüntülərin yayımı isə gecikdiriləcək və bəzi hallarda bu gecikmə təxminən 2 həftəyə qədər uzana bilər.
Bu addım münaqişə bölgəsinə dair məlumatların açıq şəkildə paylaşılmasını çətinləşdirir.
Jalə
























