Ceyms Devid Vens açıqlamasında bildirib ki, ilkin təqdim olunan 10 maddəlik təklif onun fikrincə “ChatGPT tərəfindən yazılmış ola bilər” və dərhal rədd edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, daha sonra təqdim olunan ikinci 10 maddəlik təklif daha real və qəbul edilə bilən olub. Bu versiyanın Pakistan tərəfi ilə aparılan müzakirələr nəticəsində formalaşdığı qeyd edilir və həmin variantın hazırda daha uyğun hesab olunduğu vurğulanıb.
Vens həmçinin əlavə edib ki, sosial şəbəkələrdə yayılan üçüncü 10 maddəlik təklif isə əvvəlkindən də daha sərt və “maksimalist” xarakter daşıyır.
Rauf
























