Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar müvəqqəti atəşkəs elan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, qərara əsasən, atəşkəs aprelin 11-i saat 16:00-dan başlayaraq aprelin 12-nin sonunadək qüvvədə olacaq. Bu müddət ərzində bütün cəbhə xətlərində hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.
Rəsmi Moskva bildirib ki, Rusiya bu addımı humanitar məqsədlərlə atır və Ukrayna tərəfinin də eyni qaydada davranacağını gözləyir.
Hələlik Kiyevdən məsələ ilə bağlı rəsmi reaksiya açıqlanmayıb.
Rauf
























