image-merzbackend

Almaniya kansleri ABŞ hərbçiləri ilə bağlı iddialara aydınlıq gətirdi

Fridrix Merts bildirib ki, ABŞ hərbçilərinin Almaniyadan çıxarılması və ya ölkədəki hərbi infrastrukturun istifadəsinə məhdudiyyət qoyulması məsələsi ümumiyyətlə müzakirə olunmayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Almaniya ilə ABŞ arasında qüvvədə olan yerləşdirmə razılaşmaları mövcuddur və federal hökumətin ABŞ qüvvələrinin son həftələrdə bu çərçivədən kənara çıxdığına dair heç bir şübhəsi yoxdur.

Merts vurğulayıb ki, mövcud əməkdaşlıq hüquqi əsaslara söykənir və tərəflər arasında hərbi koordinasiya normal qaydada davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki