image-40-gunluk-savasta-iranda-3-binden-fazla-kisi-19732089_5042_ampbackend

40 günlük müharibədə İranda 3 mindən çox insan həyatını itirdi

ABŞ və İsrailin İrana qarşı başladığı hücumların 40-cı günündə tərəflər arasında atəşkəs elan olunub.

İNFOAZ.MEDIA xəbər verir ki, müharibənin itkiləri açıqlanarkən İranda ölənlərin sayının 3 mini keçdiyi bildirilib. Bu barədə İranın Məhkəmə Tibbi Ekspertiza Qurumu məlumat yayıb.

Qurumun rəhbəri Abbas Məscidi bildirib ki, hücumlar nəticəsində çox sayda insan həyatını itirib, bəzi cəsədlər isə güclü partlayışlar səbəbindən tanınmaz hala düşüb. Onun sözlərinə görə, cəsədlərin təxminən 40 faizinin kimliyini ilkin mərhələdə müəyyən etmək mümkün olmayıb.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki