Hərbi ombudsman Olha Reshetylova bildirib ki, bir hərbi hissədə xidmətə yararsız hesab edilən təxminən 2 min nəfər müəyyən edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, hazırda Ukrayna Müdafiə Nazirliyi və Quru Qoşunları komandanlığının iştirakı ilə genişmiqyaslı yoxlama aparılır. Araşdırma zamanı problemin hansı mərhələdə yarandığı hərbi komissarlıqlar ,hərbi tibbi komissiyalar və ya artıq hərbi hissədə baş verib-vermədiyi araşdırılır.
Ombudsman qeyd edib ki, bu vəziyyət sistem xarakteri daşıya bilər və məsələnin tam şəkildə aydınlaşdırılması üçün ətraflı istintaqa ehtiyac var.
Jalə
























