image-ibrahim-tatlises-mansettttjpg-1680255636backend

Reanimasiyaya yerləşdirilən İbrahim Tatlısəsdən XƏBƏR VAR

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, sənətçinin qarın nahiyəsində qəfil və şiddətli ağrılar yaranıb.

Məlumata görə, bu səbəbdən müğənni təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Tatlısəsin həkimi Engin Çakmakçı bildirib ki, sənətçinin vəziyyəti qənaətbəxşdir: “Həyati təhlükəsi yoxdur və şüuru açıqdır. O, öd kisəsinin iltihabı səbəbindən reanimasiya şöbəsində müalicə alır. Antibiotik müalicəsinə müsbət reaksiya verir. Bu vəziyyət davam edərsə, gələn həftə əməliyyat planlaşdırılır.”

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki