Türkiyənin Burdur şəhərində ağır yol qəzası baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki,qəza saat 19:00 radələrində Antalya–Isparta yolunun yaxınlığında baş verib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürən, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 2-si ağır olmaqla 4 nəfər yaralanıb. Yaralılar ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb.
EMİN
İNFOAZ.MEDİA
























