Xalid Əhədovbackend

Prezidentin köməkçisinə yeni vəzifə verildi – SƏRƏNCAM

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, bundan əvvəl TƏBİB-in Müşahidə Şurasına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri rəhbərlik edirdi. Prezident İlham Əliyevin martın 19-da imzaladığı sərəncamla Dövlət Agentliyi ləğv olunub. Müşahidə Şurasına bundan sonra Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi rəhbərlik edəcək.

Xatırladaq ki, Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki