İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bildirib ki, İranın təqdim etdiyi 10 bəndlik təklif danışıqlar üçün “münasib əsas” hesab olunur və əsas çərçivəni təşkil edir. Lakin onun sözlərinə görə, bu təklifin 3 bəndi artıq pozulub.
İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf qeyd edib ki, Livanda atəşkəsə dair ilk bəndə əməl olunmayıb və bu məsələyə Pakistanın Baş naziri Şahbaz Şərif də toxunaraq dərhal atəşkəs çağırışı edib.
O həmçinin İran hava məkanına daxil olan dronun Fars əyalətinin Lar şəhərində məhv edildiyini, bunun isə hava məkanının pozulmaması ilə bağlı bəndin açıq şəkildə pozulması olduğunu bildirib.
Bundan əlavə, İranın uranın zənginləşdirilməsi hüququnun tanınmamasını da 10 bəndlik təklifin 6-cı bəndinin pozulması kimi qiymətləndirib.
Parlament sədri mövcud vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqların “məntiqsiz” olduğunu vurğulayıb.
Jalə
























