Vyana şəhərində minlərlə fermer traktorlarla küçələrə çıxaraq Ring yolunu bağlayıb.
İNFOAZ.MEDİA-nın Avstriya bürosu xəbər verir ki, etirazçılar artan xərclər, aşağı istehsalçı qiymətləri və ədalətsiz idxal rəqabətinə qarşı çıxış ediblər. Onlar həmçinin məhsulların mənşəyinin daha aydın şəkildə etiketlənməsini və yerli kənd təsərrüfatına daha güclü dövlət dəstəyi verilməsini tələb ediblər.
Fermerlər bildiriblər ki, mövcud iqtisadi şərtlər kənd təsərrüfatı sektorunu ciddi şəkildə çətin vəziyyətə salır və təcili tədbirlər görülməsə, bir çox təsərrüfatın fəaliyyətini davam etdirməsi mümkün olmayacaq.
Rauf
Посмотреть эту публикацию в Instagram
























