image-t336fw4xvrhn7jobrtymnjssmubackend

Fransa “Eurodrone” proqramından çıxır

Fransa hökuməti 2024–2030-cu illəri əhatə edən yeni hərbi xərclər planında çoxmillətli “Eurodrone” proqramının maliyyələşdirilməsini rəsmi şəkildə dayandırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu qərarla Fransa faktiki olaraq proqramdakı iştirakına son qoyur. Layihə Eurodrone program çərçivəsində hazırlanırdı və Avropa ölkələri üçün orta hündürlükdə uzunmüddətli uçuş (MALE) tipli pilotsuz uçuş aparatı nəzərdə tutulurdu.

Məlumata görə, qərarın verilməsinə əsas səbəblər arasında illərlə davam edən gecikmələr, artan xərclər və iki mühərrikli iri dronun müasir yüksək intensivlikli müharibələr üçün həm baha, həm də həssas hesab olunması göstərilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki