NATO-nun baş katibi Mark Rutte bildirib ki, Çin Tayvana qarşı hərbi addım atacağı halda, bu proses təkcə bir regionla məhdudlaşmaya bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, belə bir vəziyyətdə Pekin əvvəlcə özünə yaxın tərəfdaş hesab etdiyi Rusiyadan Avropada gərginlik yaratmağı xahiş edə bilər.
Rutte vurğulayıb ki, bu ssenari Qərb ölkələrinin diqqətini və resurslarını bölmək məqsədi daşıya bilər. O qeyd edib ki, bu səbəbdən mümkün münaqişə yalnız Asiya ilə məhdud qalmayaraq daha geniş coğrafiyaya yayıla bilər.
NATO rəhbəri əlavə edib ki, bu cür risklər alyansın təhlükəsizlik strategiyasında ciddi şəkildə nəzərə alınır və üzv ölkələr mümkün paralel böhranlara hazır olmalıdır.
Rauf
























