Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran ətrafında gedən danışıqların həlli üçün iki həftəlik müddət kifayət etməyə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, tərəflər razılığa gələ bilsə, mövcud atəşkəs daha uzun müddətə uzadıla bilər və bu da danışıqların davam etdirilməsinə imkan yaradacaq.
Fidan vurğulayıb ki, hazırkı iki həftəlik atəşkəs daha geniş və davamlı sülh üçün əsas mərhələ kimi qiymətləndirilir və Türkiyə bu prosesin uğurla nəticələnməsi üçün diplomatik səylərini davam etdirir.
Jalə
























