ABŞ ordusu vurulan F-15E təyyarəsinin ikinci ekipaj üzvünü təxliyə etdikdən sonra İranda qalan hərbi texnikanı məhv etmək məcburiyyətində qalıb.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ qüvvələri əraziyi tərk edə bilməyən iki ədəd “HC-130J Combat King II” xilasetmə təyyarəsini və iki helikopteri yerində partladıb. Bildirilir ki, bu addım texnikanın İranın əlinə keçməsinin qarşısını almaq məqsədilə atılıb.
Texnikanın niyə ərazini tərk edə bilmədiyi isə hələlik açıqlanmayıb.
Rauf






























