Türkiyədə beş məşhur sənətçi narkotiklə bağlı aparılan istintaqa cəlb edilib.
İNFOAZ.MEDİA xəbər verir ki,aktyor İbrahim Çelikkol və müğənnilər Bengü, Simge Sağın, Mustafa Ceceli və Melek Mosso da daxil olmaqla ümumilikdə 9 nəfər saxlanılıb.
Bildirilir ki, həmin şəxslər narkotik vasitələrin alınması, istifadəsi, saxlanılması və təmin olunması ilə bağlı ittiham edilirlər.

EMİN
İNFOAZ.MEDİA
























