Türkiyənin Skydagger şirkəti ölkənin ilk interceptor (anti-dron) pilotsuz uçuş aparatını HUNTER modelini təqdim edib.
İNFOAZ.MEDİA xəbər verir ki, yeni sistem artıq seriyalı istehsal mərhələsinə daxil olur.
HUNTER yüksək sürəti ilə seçilir, saatda 320 km-ə qədər sürət yığa bilir. Qurğu düşmən dronlarını birbaşa toqquşma yolu ilə məhv etmək üçün hazırlanıb.
Pilotsuz aparat süni intellekt texnologiyaları ilə təchiz olunub və termal, həmçinin gündüz kameraları vasitəsilə hədəfləri izləyə bilir. Bu xüsusiyyətlər ona müxtəlif hava və işıq şəraitində effektiv fəaliyyət göstərməyə imkan verir.
Rauf
Посмотреть эту публикацию в Instagram
























