image-1f76644bd3194ee8336cf4bd09d5a71bbackend

Məşhur müğənni saxlanıldı

Türkiyəli müğənni Yusuf Güney barəsində həbs qərarı verilib.

İNFOAZ.MEDİA xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları ifaçının rəqəmsal platformada yayımlanan bir proqramda “Ayahuasca çayı”nın istifadəsini təşviq edən ifadələr işlətməsini araşdırıb.

Aparılan araşdırma zamanı sözügedən içkinin tərkibində narkotik maddə olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq müğənni saxlanılıb.

Qeyd edək ki, Yusuf Güney ötən ilin sonunda da narkotiklə bağlı aparılan istintaq çərçivəsində polis tərəfindən saxlanılmışdı.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki