Ağacların çox olduğu ərazilərdə ürək xəstəlikləri riski azalır.
İNFOAZ.MEDİA xəbər verir ki, Environmental Epidemiology jurnalında dərc olunan araşdırmaya görə, ağaclarla zəngin ərazilərdə yaşamaq ürək-damar xəstəlikləri riskini təxminən 4 faiz azaldır.
20 ilə yaxın davam edən tədqiqat zamanı 350 milyondan çox küçə şəkli analiz edilib. Nəticələr göstərib ki, qazon və kollar kimi digər yaşıllıq növləri isə əksinə, riskin 6 faiz artması ilə əlaqələndirilir.
Alimlər bildirirlər ki, ürək sağlamlığı üçün yaşıl sahələrin miqdarı deyil, əsasən ağacların mövcudluğu vacibdir.
Rauf
























