ABŞ və Çin yeni silahlanma yarışı ilə bağlı narahatlıqlar fonunda etimadın artırılması tədbiri kimi nüvə obyektlərinə qarşılıqlı səfərlərin mümkünlüyünü müzakirə edir.
İNFOAZ.MEDİA xəbər verir ki, CNN-in məlumatına görə, Çinin təklif etdiyi ideya ABŞ və Çinin nüvə obyektlərinə, həmçinin mümkün sınaq sahələrinə qarşılıqlı səfərləri əhatə edə bilər.
Müzakirələrin hələ ilkin mərhələdə olduğu bildirilir. Pekin isə nüvə arsenalının genişləndirilməsini məhdudlaşdıra biləcək danışıqlara qarşı mövqeyini davam etdirir.
Rauf
























