image-5920391901490123091backend

İsveç Polşaya “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək

İsveç dekabrın 1-dən etibarən Polşaya bir “Patriot” hava hücumundan müdafiə sistemi və təxminən 100 hərbçi yerləşdirəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, qüvvələr Ukraynaya hərbi yardımın çatdırılmasında mühüm rol oynayan NATO logistika mərkəzinin mühafizəsinə cəlb olunacaq.

Polşanın Jeşuv şəhərində yerləşən logistika mərkəzindən ayda təxminən 18 min ton hərbi avadanlıq keçir. Mərkəz Rusiyanın mümkün pilotsuz uçuş aparatı və raket hücumları üçün potensial hədəf hesab olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki