Böyük Britaniya prokurorları Endryu Teyti 17 yaşlı qızla bağlı əxlaqsız məzmun yaratmaq və ya paylaşmaqda ittiham edib.
İNFOAZ.MEDİA xəbər verir ki, məhkəməyə təqdim olunan sənədlərə əsasən, qız Teytin veb-kamera biznesində çalışıb. Prokurorlar Teytin onunla seksual xarakterli videoda yer aldığını, görüntüləri “WhatsApp” vasitəsilə paylaşdığını və qızın yetkinlik yaşına çatmadığını bildiyini iddia edir.
Sənədlərdə həmçinin polis tərəfindən Teytin cihazlarında 168 əxlaqsız şəkil və video aşkarlandığı, onların 66-sının Böyük Britaniyada ən ağır kateqoriyaya aid edildiyi bildirilir.
Britaniya hakimiyyəti hazırda Endryu Teyt və qardaşı Tristan Teytin ABŞ-dan ekstradisiyasını tələb edir. Qardaşlar ümumilikdə 59 ittihamla, o cümlədən zorlama və insan alveri ilə bağlı ittihamlarla üzləşirlər.
Teyt və qardaşı ittihamları rədd edir.
Rauf
























