ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etmək istədiyini bildirib.
Yanvarın 30-da Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp razılaşmanın məzmunu ilə bağlı detallara toxunmayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp İran üçün razılaşma məsələsində müəyyən müddət verdiyini də qeyd edib.
Tramp bundan əvvəlki açıqlamasında Yaxın Şərqdəki hərbi qüvvələrin artırıldığını bildirərək, İran “nüvə proqramından və etirazçıların öldürülməsindən” imtina edərsə, hərbi əməliyyatların qarşısının alına biləcəyini deyib.
Həyat yoldaşı Melaniya Trampın sənədli filminin nümayişi zamanı jurnalistin sualını cavablandıran Tramp iranlı rəsmilərlə təmasda olduqlarını bildirib:
“Danışmışıq və danışmağı planlaşdırırıq, bəli”, – deyə o vurğulayıb.
Tramp əlavə edib:
“Onlara iki şey dedim. Birincisi, nüvə silahı olmayacaq. İkincisi, etirazçıları öldürməyi dayandırın. Çünki onlar minlərlə etirazçını öldürürlər”.
ABŞ Prezidenti həmçinin hazırda İrana doğru hərəkət edən “çox böyük və çox güclü gəmilərinin” olduğunu qeyd edərək, “Ümid edirəm ki, onları istifadə etmək məcburiyyətində qalmarıq” deyə bildirib.
EMİN
İNFOAZ.MEDİA
























