Yəməndəki husilər raket hücumları və qayıqlarla həyata keçirilən quru əməliyyatından sonra Qırmızı dənizin cənubundakı Züqar adasına nəzarəti ələ keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Yəmən hərbi mənbəsinin AFP-yə verdiyi məlumata görə, adanın ələ keçirilməsi husilərin strateji Bab əl-Məndəb gəmiçilik marşrutu yaxınlığındakı mövqelərini gücləndirib.
Züqar adası Yəmən sahilləri ilə Eritreya arasında, Bab əl-Məndəb boğazına yaxın ərazidə yerləşir.
Rauf
























