Hillari Klintonbackend

Hillari Klinton: “Netanyahunun getməsi həqiqətən fərq yaradardı”

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton İsrail Baş naziri Benyamin Netanyahunun vəzifədən getməsinin ölkənin siyasətində ciddi dəyişiklik yarada biləcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Klinton Mayk Fromanla müsahibəsi zamanı “Netanyahunun getməsi həqiqətən fərq yaradarmı?” sualına “Bəli, düşünürəm ki, həqiqətən fərq yaradardı” cavabını verdiyini deyib.

O, bunun yeni hökumətdə koalisiyanın tərkibindən asılı olacağını vurğulayıb.

Klinton qeyd edib ki, yeni baş nazirin İordan çayının qərb sahilində israilli məskunlaşanların zorakılığına qarşı sərt tədbirlər görəcəyinə ümid edir: “Belə zorakılıqlara görə cəzasızlıq olmamalıdır.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki