Martın 1-də Küveytdə İranın PUA hücumu nəticəsində həlak olan ABŞ Ordusunun ehtiyatda olan kapitanı Kodi Xorkun ailəsi insidentlə bağlı aparılan istintaqın nəticələrinin açıqlanmasını tələb edir. Hücum nəticəsində ümumilikdə altı ABŞ hərbçisi həyatını itirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Xorkun anası Steysi Xork CBS News-a bildirib: “Oğlum lazımsız yerə öldü”.
Ailənin sözlərinə görə, Şuayba limanında qüvvələrin mühafizəsinə cavabdeh olan Xork İranın həmin mövqeyə zərbə endirə biləcəyi barədə komandirləri dəfələrlə xəbərdar edib. Sağ qalan hərbçilər də bölmənin təhdidlə bağlı kəşfiyyat məlumatı aldığını, lakin kifayət qədər müdafiə və tibbi imkanlara malik olmadığını bildiriblər.
Xorkun atası Cim Xork isə komandirin oğlundan dəfələrlə “təhlükə yoxdur” barədə məlumat verməsini istədiyini deyib: “Kapitan generala yalnız müəyyən sayda dəfə ‘xeyr’ deyə bilər”.
ABŞ Ordusu istintaqı iyulun əvvəlində tamamlayıb, lakin nəticələr hələ ictimaiyyətə açıqlanmayıb. Ordu ailələrə məlumat verilməsi prosesinin davam etdiyini və bunun üçün “səbir” göstərilməsini istəyib.
Rauf
























