image-imds9pfbxeych9phykrrsd-2560-80backend

Böyük Britaniya SpaceX-in Starlink və Starshield xidmətlərinə 40 milyon dollar xərcləyib

Böyük Britaniya hərbi rabitə sahəsində Elon Maskın SpaceX şirkətinin peyk şəbəkəsindən asılılığını artıraraq Starlink və Starshield xidmətlərinə təxminən 40 milyon dollar xərcləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə təxminən 1 000 Starshield və 500 Starlink terminalından istifadə edir. Böyük Britaniya ABŞ-dan kənarda Starshield-dən hərbi və kəşfiyyat missiyalarında istifadə etdiyini açıq şəkildə təsdiqləyən ilk ölkə olub.

Məlumata görə, London Starshield üçün təxminən 13 milyon funt sterlinq, Starlink üçün isə 16,5 milyon funt sterlinq xərcləyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki