image-5843886928946728793-1backend

ABŞ NATO müttəfiqlərinə Beynəlxalq Cinayət Məhkəməsini zəiflətmək üçün təzyiq göstərir

ABŞ NATO müttəfiqlərinə Beynəlxalq Cinayət Məhkəməsini (BCM) zəiflətmək məqsədilə Roma Statutundan çıxmaq, məhkəməni pisləmək və ona dəstəyi dayandırmaq çağırışı edib.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ-ın NATO-dakı nümayəndəsi Metyu Uitakerin müttəfiqlərə “Amerikanın yanında kimin dayandığını diqqətlə izləyəcəyik” mesajını verdiyi bildirilir.

ABŞ mediasında isə Vaşinqtonun BCM-nin fəaliyyət imkanlarını “sistemli şəkildə dağıtmağa” çalışacağı qeyd olunub. ABŞ administrasiyasının məhkəməni diplomatik təcrid etmək istiqamətində təzyiqləri barədə daha əvvəl də məlumatlar yayılıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki