ABŞ Hərbi Dəniz Qüvvələri katibinin səlahiyyətlərini icra edən Hanq Kao İranın fevralın 28-dən başlayaraq Bəhreyndə yerləşən ABŞ-ın Beşinci Donanmasının əsas bazasına ağır zərbələr endirdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, hücumlar nəticəsində qərargah, kazarmalar və digər infrastruktur obyektlərinə dəyən zərərin 400 milyon dollardan çox olduğu qiymətləndirilir.
Kao bazanın yaxın zamanda istifadəyə veriləcəyinə ümid olmadığını bildirib. ABŞ Hərbi Dəniz Qüvvələrinin əməliyyatlarını hazırda gəmilərdən və Hind okeanındakı Diego Qarsiya bazasından davam etdirdiyi qeyd olunur.
Rauf
























