ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton İsrailə münasibəti ilə bağlı açıqlamasında Baş nazir Benyamin Netanyahunun hökumətini və siyasətini sərt tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Mən İsraili sevirəm və Netanyahunun hökumətinə, onun siyasətinə nifrət edirəm. Mən Amerikanı sevirəm və Trampın hökumətinə, onun siyasətinə nifrət edirəm”, – deyə Klinton bildirib.
O qeyd edib ki, İsrail xalqı yenidən eyni hökumətə səs verərsə, ABŞ daha sərt mövqe nümayiş etdirməlidir.
“Düşünürəm ki, biz yeni İsrail hökuməti ilə işləyə bilərik”, – deyə Klinton əlavə edib.
Jalə
























