ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ölkəsinin hazırkı siyasətini və rəhbərliyini sərt tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Hazırda biz ciddi ölkə deyilik. Biz təhlükəli ölkəyik. Hər cür problem yaradırıq. Gülünc mövqelər nümayiş etdiririk”, – deyə Klinton bildirib.
O, ABŞ-ın ən yaxın müttəfiqləri ilə qarşıdurmaya getdiyini və dostlarını təhdid etdiyini vurğulayıb.
“Ən yaxşı dostlarımızla mübahisə edir, onları təhdid edirik. Bizə pislik arzulayanlara isə güzəştlər edirik. Biz ciddi ölkə deyilik və ciddi rəhbərliyimiz yoxdur”, – deyə Klinton əlavə edib.
Jalə
























