image-medvedevbackend

Medvedev: Litva dünya xəritəsindən yox ola bilər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya ilə hərbi münaqişə baş verərsə, Litva “dünya xəritəsindən yox ola bilər”.

Onun sözlərinə görə, Moskva Litva ərazisində nüvə silahlarının yerləşdirilməsi halında cavab zərbəsi endirərsə, NATO onun adından müdaxilə etməyəcək.

Medvedev həmçinin Rusiyanın Avropaya hücum planları ilə bağlı iddiaları “cəfəngiyat” adlandırıb. O bildirib ki, bu cür iddialar Rusiyanın geosiyasi məğlubiyyətinə nail olmaq məqsədi daşıyır.

O, Avropaya mümkün hücum barədə danışılanları Rusiyada səfərbərlik şayiələri ilə müqayisə etdi.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki