Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-da bloklanmış Belarus vəsaitlərinin ölkəyə qaytarılmasını tələb edib.
Lukaşenko bildirib ki, ABŞ-da, Citibank-da Belarusun təxminən 43-44 milyon dollar vəsaiti “ilişib qalıb”. Onun sözlərinə görə, bu məbləğ Belarusla əməkdaşlıq edən bir şirkət tərəfindən ödənilib, lakin vəsait ABŞ-da bloklanıb.
“Borcunuzu qaytarın. Citibank-da bizim 43-44 milyon dollarımız ilişib qalıb. Bizimlə əməkdaşlıq edən şirkət pulu ödəyib. Varlı Amerika bu vəsaiti saxlayıb. Xahiş edirik, pulumuzu qaytarın”, – deyə Lukaşenko bildirib.
Belarus lideri qeyd edib ki, hökumət ölkədəki vəziyyətlə bağlı ona yazılı məlumat verib. O, ABŞ tərəfini vəsaiti geri qaytarmağa çağıraraq yaranmış vəziyyəti Vaşinqton üçün “ayıb” adlandırıb.
Lukaşenko əlavə edib ki, sözügedən vəsait Belarusun hesabına qaytarıldıqdan sonra Minsk ABŞ ilə daha ciddi məsələləri müzakirə etməyə hazır olacaq.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























