image-2116690034_0_320_3072_2048_1920x1080_80_0_0_0c6d4a3a7f1417b0e6225d966a431d19-jpgbackend

iPhone Duo-nun Türkiyədə qiyməti 7 min dollara yaxın olacaq

Apple şirkətinin təqdim etdiyi ilk qatlanan smartfon modeli iPhone Duo-nun Türkiyədə satış qiymətinin rekord həddə çatacağı gözlənilir.

Şirkət yeni smartfonu çərşənbə günü təqdim edib. ABŞ-da iPhone Duo-nun qiyməti 2 min dollardan başlayır. 2 terabayt yaddaşa malik ən yüksək versiyanın qiyməti isə 3199 dollar təşkil edir.

Məlumata görə, modelin Türkiyədə ən üst versiyasının qiyməti təxminən 7 min dollara yaxın ola bilər.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda da bəzi mağazaların qatlanan iPhone üçün öncədən sifariş qəbul etməyə başladığı bildirilmişdi. Sözügedən modelin Azərbaycanda qiyməti təxminən 12 min manat (7 min dollara yaxın) göstərilib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki