image-imtahan66-768x403backend

Magistraturada təhsil bir ilə endirilsin – Təklif

Milli Məclisdə magistratura təhsilinin müddətinin 1 ilə endirilməsi təklif edilib.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib. O xatırladıb ki, hər il Azərbaycanda magistraturaya qəbulda boş qalan yer sayı 4 min və daha çox olur:

“Çünki gənclər 2 il oxumaq istəmirlər. Bu müddət uzundur və təklif edirəm ki, magistratura təhsili 1 ilə endirilsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki