İran neft, qaz və neft məhsullarını ölkəyə gətirən və ya ölkədən aparan xarici gəmilər üçün tətbiq edilən 10%-lik yükdaşıma rüsumunun tutulmasını müvəqqəti dayandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, “Fars” agentliyinin məlumatına görə, qərarın məqsədi daşınma xərclərini azaltmaq və İranın dəniz yolu ilə neft ixracında yaranan fasilələr fonunda xarici gəmiçilik şirkətlərini ölkə ilə işləməyə təşviq etməkdir.
Qeyd olunur ki, rüsumun dayandırılması ABŞ-ın İranın neft ixracına tətbiq etdiyi dəniz blokadasının yaratdığı çətinliklər fonunda həyata keçirilib.
Jalə
























