Səudiyyə Ərəbistanında mühüm neft kəmərlərindən birinə İraq ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatları ilə hücum edilib.
“CNN”in iki amerikalı rəsmi şəxsin məlumatına istinadən yaydığı xəbərə görə, hücum cümə axşamı baş verib. Mənbələrdən biri bildirib ki, zərbələr neft kəmərinin yaxınlığında yerləşən nasos stansiyalarına endirilib.
Hələlik hücumun arxasında kimin dayandığı məlum deyil. Həmçinin neft kəmərinin özünün zədələnib-zədələnmədiyi barədə məlumat yoxdur.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























