image-thumb-2backend

Milyonçu rahib 3 milyon dollarlıq ianələri oğurladı

Taylandda Buddist məbədinin keçmiş rahibi Phra Wachirayan Wee ianələrin və amulet satışından əldə olunan gəlirlərin mənimsənilməsi, eləcə də çirkli pulların yuyulmasında ittiham olunur.

BBC-nin məlumatına görə, istintaq nəticəsində məbədə dəymiş ziyanın 92-100 milyon baht, yəni təxminən 3 milyon dollar olduğu müəyyənləşdirilib.

Araşdırmalar zamanı rahibin ən azı iki il ərzində məbədə daxil olan ianələri və amuletlərin satışından əldə edilən vəsaiti mənimsədiyi üzə çıxıb.

Phra Wachirayan Wee və onun 47 yaşlı ortağı Punyavi Rungruangın üzərində aparılan axtarışlar zamanı isə böyük məbləğdə nağd pul, qızıl, zinət əşyaları və torpaq sənədləri aşkarlanıb. Tapılan əmlakın ümumi dəyərinin təxminən 6,4 milyon dollar olduğu bildirilir.

Həbsindən sonra Phra Wachirayan Wee rahiblik vəzifəsindən azad edilib. İttihamlar təsdiqlənəcəyi təqdirdə, keçmiş rahib və onun ortağını uzunmüddətli həbs cəzası və əmlaklarının müsadirəsi gözləyir.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki