“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan bildirib ki, 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından sonra onun yerində Türkiyə bazası yarana bilər.
Karapetyan İrəvan da jurnalistlərə bildirib ki, “Orada bir növ baza olmalıdır. Ya Rusiya, ya da Türkiyə olacaq – seçim sizindir”.
O, Baş nazir Nikol Paşinyanın Rusiya bazasının Ermənistandan çıxarılmasına etiraz etməməsi ilə bağlı açıqlamasına belə münasibət bildirib.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























