“Fənərbaxça” ilk oyunda 3:0 hesabı ilə məğlub olduğu “Nottingham Forest”lə səfərdə üz-üzə gəlib.
İNFOAZ.MEDİA xəbər verir ki,Türkiyə təmsilçisi qarşılaşmanı 2:1 hesabı ilə qazansalar da, UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırıblar.Bu nəticə ilə “Fənərbaxça” turnirlə vidalaşıb. “Nottingham Forest”in son 16 turundakı rəqibi “Real Betis” və ya “Midtjylland” olacaq.
Son 16 mərhələsində ilk oyunlar martın 12-də, cavab qarşılaşmaları isə martın 19-da keçiriləcək.
EMİN
İNFOAZ.MEDİA
























