image-img_3070-jpgbackend

“Doya-doya” ilə ilk solo konsert: Gülay səhnədə

Tanınmış müğənni Gülay ilk solo konsert proqramına hazırlaşır. 24 aprel tarixində ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında baş tutacaq konsert ifaçının sevilən mahnılarından biri olan “Doya-doya” adını daşıyır.

“Peşəkar heyət, fərqli repertuar və ən əsası böyük sevgi ilə qarşınıza çıxmaq üçün səbirsizlənirəm. O gecə sizin sevdiyiniz mahnıları bərabər oxuyacağıq. Çox həyəcanlı və sevincliyəm”, – deyə Gülay fikirlərini bölüşüb.

Biletləri iticket.az saytından və ya şəhərin kassalarından əldə edə bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki