Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner yaxın günlərdə Moskva və Kiyevə səfər edəcəklər.
İNFOAZ.MEDİA xəbər verir ki, səfərlərin əsas məqsədinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səyləri davam etdirmək olduğu bildirilir. Zelenski avqustun 31-də Uitkoff və Kuşnerlə keçirdiyi telefon danışığını “ətraflı və konstruktiv” adlandırmış, tərəflərin onların Ukraynaya səfərinin tarixini dəqiqləşdirdiyini açıqlamışdı.
Rauf
























